MDB PAA DİMBİ Bakı filialının əməkdaşları Rusiya Federasiyası Prezidenti seçkilərini müşahidə etmək üçün Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində akkreditasiyasından keçərək 18.03.2018-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasının Bakı şəhərindəki səfirliyində yaradılmış seçki məntəqəsində olmuşlar. Onlar sesvermənin təşkili və keçirilməsini və məntəqə seçki komissiyasının fəaliyyətini müşahidə etmiş, məlumatları mütəmadi şəkildə MDB PAA-ya təqdim etmişlər.